Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir

Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir

Bakı, 19 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət bilavasitə Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir. Əldə edilən siyasi, iqtisadi nailiyyətlər ölkəmizin gücünün, qüdrətinin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a “Səs” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev söyləyib. O deyib ki, artıq neçə illərdir Azərbaycan dövlətinə qarşı müxtəlif şəkildə təxribatlar törətməyə cəhdlər göstərən dairələr hər dəfə uğursuzluğa düçar olduqdan sonra daha da aqressivləşirlər. Lakin bu aqressivlik onların reallıqlar qarşısındakı məğlubiyyətlərinin göstəricisidir. Son 15-16 ildə Azərbaycanın iqtisadi cəhətdən özünü təmin edən ölkə olaraq təsdiq etməsi, bir sıra mühüm strateji əhəmiyyətli layihələrin icraçısı və təşəbbüskarı olaraq dünya arenasına çıxması, həmçinin xalqın maraqlarını ən yüksək səviyyədə təmin etməsi məlum qüvvələri ciddi şəkildə narahat edir. Artıq Azərbaycan dövləti müxtəlif beynəlxalq tribunalarda söz sahibi olaraq ardıcıl siyasətini aparır. Azərbaycan bu ildən etibarən 120-dən çox ölkəni bir araya gətirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Bu mənada, yalnız Azərbaycan xalqı deyil, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar da Prezident İlham Əliyevə böyük rəğbətlərini göstərirlər. Reallıq budur. Reallıq budur ki, əgər bu gün Azərbaycan dövlətinin və Prezidentinin əldə etdiyi uğurlar işğalçı Ermənistanı narahat edirsə, deməli, bu gün dünyanın müxtəlif ölkələrinə səpələnmiş erməni lobbisi hərəkətə keçir, bu uğurlara kölgə salmaq, təxribat xarakterli əməllər törətmək üçün əllərində olan bütün vasitələrdən yararlanmağa çalışırlar.

Bəhruz Quliyev bildirib ki, “5-ci kolon” kimi tanınan sapı özümüzdən olan baltalar – radikal və dağıdıcı təfəkkürə malik müxalifət və “Trensparency International”, “Amnisty International”, OCCRP kimi təşkilatlar erməni lobbisinin alətləri qismində ölkəmiz əleyhinə istifadə olunurlar. O cümlədən bir sıra Qərb media qurumları dezinformasiya xarakterli informasiyalarla Azərbaycan həqiqətlərini gizlədərək, böyük və ağ yalanları dünya ictimaiyyətinə sırımağa çalışırlar. Əlbəttə ki, Azərbaycanı tanıyan, bu ölkədəki demokratik, multikultural, tolerant mühiti, sabitliyi qiymətləndirən heç bir dairə belə dezinformasiyalara uymur. Ancaq bu, o demək deyil ki, dövlətimizin maraqlarına qarşı düşmənçilik, təxribatçılıq mövqeləri sərgiləyənlərə qarşı mübarizə aparmaq olmaz. Hər bir vətənsevər öz reaksiyasını göstərməli, qəti mübarizəsini aparmalıdır. Çünki bizim məqsədimiz dövlətimizin daha da güclənməsi üçün səylə çalışmaq, Prezident İlham Əliyevin uğurlu siyasətini dəstəkləməkdir. Bəlli qüvvələr anlamağa məhkumdurlar ki, heç bir təzyiq, təhdid dövlətini, Vətənini, Prezidentini sevən azərbaycanlını geri çəkə bilməyəcək, onlar layiqli cavablarını hər zaman alacaqlar.

“Son zamanlar Avropa İttifaqı ilə Azərbaycan arasında saziş layihəsi ətrafında da bənzər təxribatların baş verdiyini görürük”, - deyən siyasi ekspert əlavə edib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və yeni sazişlə bağlı aparılan danışıqlar da təcavüzkar Ermənistanı təlaşa salır. Sirr deyil ki, Ermənistan indi də Avropa İttifaqına üzv dövlətlər arasında olan havadarları vasitəsilə bu sazişə zərbə vurmağa cəhdlər göstərir. O cümlədən işğalçı ölkə ilə həmrəy olan məlum antimilli ünsürlər də bu sazişə qarşı çıxırlar. Bu, o deməkdir ki, özlərini “demokrat” adlandıran dağıdıcı müxalifət liderləri birbaşa ermənilərlə eyni mövqedən çıxış etdiklərini etiraf edirlər. Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunması müddəası da yer alıb. Əgər təxribatçı qaragüruhçular bunu da dərk etmirlərsə, deməli, ermənilərin işğalçılıq siyasətlərini dolayısı ilə təsdiq edirlər. Məgər bundan artıq sübuta ehtiyac varmı? Ermənilərlə eyni mövqeni bölüşən radikal müxalifət Azərbaycan dövlətinə və xalqına qarşı nə qədər düşmən kəsildiyini bu addımları ilə sübuta yetirirlər.

Bəhruz Quliyev bildirib ki, bu cür çirkin siyasi oyunbazlıqlar heç vaxt həyata keçməyəcək, çünki bu oyunbazlıqlar keçmişdə də çox ciddi iflasa uğrayıb. Ona görə, Azərbaycan xalqı və dövləti haqq-ədalət yolu ilə inamla addımlamağa davam edəcək, əldə edilən siyasi, iqtisadi, sosial uğurlar istər düşmənlərimizi, istərsə də onların dəyirmanlarına su tökən təxribatçı “5-ci kolon” təmsilçilərini daha ağır məğlubiyyətlərə sürükləyəcək. Bundan əmin ola bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

DSMF: fərdi uşot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır