REGİONLAR


“Elberg” MMC ilk ixracını Özbəkistana həyata keçirəcək

“Elberg” MMC ilk ixracını Özbəkistana həyata keçirəcək

Hacıqabul, 10 mart, AZƏRTAC

Hacıqabul Sənaye Məhəlləsində tikinti materialları üçün avadanlıqlar istehsal edən “Elberg” MMC-yə indiyədək 3,5 milyon manat investisiya yatırılıb və 40 nəfərdən çox iş yeri yaradılıb.

Bu barədə AZƏRTAC-a MMC-nin maşınqayırma zavodunun direktoru Mayis Qasımov deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilmiş müəssisədə Türkiyə, Yaponiya və Finlandiya texnologiyalarından istifadə edilir. İstehsal olunan məhsullar daxili və xarici bazarın tələbatının ödənilməsinə yönəldilib. Ümumilikdə müəssisəyə 4 milyon manat investisiya yatırılıb.

"Özbəkistanla ümumi dəyəri 1 milyon 500 min manat olan metal konstruksiya və tikinti materialları avadanlığının ixracı üçün anlaşma memorandumu imzalanıb. Bu, müəssisənin xarici bazara ilk ixracıdır. Hazırda Gürcüstan və Mərkəzi Asiya ölkələrinə ixracla bağlı danışıqlar aparılır", - deyə M.Qasımov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.