İQTİSADİYYAT


Enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün “AccessBank”a 15 milyon dollar kredit ayrılıb

Bakı, 30 iyul (AZƏRTAC). The Green for Growth Fund (GGF) tərəfindən enerji səmərəlilik layihələrinin maliyyələşdirilməsi üçün “AccessBank”a 15 milyon ABŞ dolları məbləğində kredit ayrılıb.

Bu barədə AZƏRTAC-a “AccessBank”dan məlumat verilib. Bankın kiçik və orta biznes kreditləri və korporativ xidmətlər üzrə icraçı direktoru Kənan Ağayev razılaşmanı şərh edərək deyib ki, mikro, kiçik və orta müəssisələrdə istifadə olunan avadanlıq və mexanizmlərin təkmilləşdirilməsinə maliyyə dəstəyi göstərmək üçün yeni imkanlar yaranıb. Bank orta və kiçik biznes nümayəndələrinə xidmət göstərən geniş filial şəbəkəsinə malikdir. Sözügedən investisiya nəticəsində enerjiyə illik qənaətin 43500 meqavat səviyyəsinə çatdırılacağı, karbon qazı tullantılarının miqdarının isə 2100 tondan çox azalacağı gözlənilir.

“Mikro, kiçik və orta ölçülü biznesin maliyyələşdirilməsi üzrə bazarda lider hesab edilən bank ilə iş birliyi qurmaqdan çox məmnunuq. “AccessBank”a ayrılan investisiya qısa zaman ərzində ölkədə enerji istehlakına öz təsirini göstərəcək” - deyə GGF fondunun Cənub-şərqi Avropa bölməsinin sədri Kristofer Noules qeyd edib.

The Green for Growth Fund Cənubi Avropa və Şərqi Avropa Qonşuluğu regionunda enerji səmərəliliyin təmin olunması və bərpa edilən enerjidən istifadənin stimullaşdırması sahəsində fəaliyyət göstərir. GGF maliyyələşdirmə ilə yanaşı, enerji səmərəliliyin ölçülməsi üçün texniki yardım xidməti də həyata keçirir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.