Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənilər Avropa Şurasında növbəti dəfə ifşa edilərək iflasa uğradılar

Ermənilər Avropa Şurasında növbəti dəfə ifşa edilərək iflasa uğradılar

Strasburq, 24 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci iş günündə ciddi müzakirələr doğuran məsələ ukraynalı deputat, mədəniyyət, elm, təhsil və media komitəsinin sədri Volodimir Arievin hazırladığı “Avropada jurnalistlər əleyhinə hücumlar və mətbuat azadlığı” adlı məruzə olub.

Məruzənin qətnamə hissəsində Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda separatist rejimin mövcudluğunun və orada mətbuatın, digər sahələr kimi hər cür beynəlxalq nəzarətdən və qanundan kənar olmasının ayrıca vurğulanması Ermənistanın ciddi narahatlığına səbəb olub. Elə sessiya başlanan ilk gündən ermənilər müxtəlif təxribatlar həyata keçirir, məruzəçiyə təzyiqlər etməyə səy göstərirdilər. Bu vəziyyət məruzənin qətnamə layihəsinin mədəniyyət komitəsində müzakirəsi zamanı bütün aydınlığı ilə göründü. Lakin erməni nümayəndə heyətinin bütün canfəşanlığına baxmayaraq, komitə separatist rejimlərin, o cümlədən Dağlıq Qarabağın adının mətndə saxlanmasını zəruri hesab edib.

Məruzənin Parlament Assambleyasında müzakirələrində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək əvvəlcə müasir dövrdə jurnalistin və mətbuatın oynadığı vacib rola diqqəti çəkib. Bildirib ki, jurnalistika bütün gözəllikləri ilə bərabər narahat peşədir, həmişə və dünyanın hər yerində belə olub və yəqin elə gələcəkdə də bu cür qalacaq. Hətta söz, ifadə azadlığı üçün ən münasib şəraitin yaradıldığı yerlərdə də jurnalist risklərdən uzaq deyil, hər hansı təhlükə ilə üzləşmək ehtimalı da daim mövcuddur. Çünki sözün, informasiyanın, təqdimatın necə çatdırılması və necə qəbul edilməsi həmişə fərdi səciyyəlidir, buna görə də ən fərqli reaksiyaların ortaya çıxa bilməsi mümkündür. 2015-ci ilin aprelindən 2016-cı ilin 28 noyabrınadək təkcə Avropa Şurasına üzv ölkələrdə 16 jurnalistin qətlə yetirilməsi və 2015-ci ildə də təxminən həmin sayda acınacaqlı statistikanın varlığı jurnalistin və mətbuatın üzləşdiyi təhlükələrin yalnız bir hissəsidir. Sonu ölümlə nəticələnməsə də, maliyyə problemlərindən tutmuş inzibati əngəllərə, mənəvi basqılara, çeşidli təhdidlərə qədər onlarla başqa təzyiq formaları mətbuatı və mətbuat işçisini qarabaqara izləyir.

Jurnalistikanı və mətbuat işçisini necə qorumağın yollarından bəhs edərkən R.Hüseynov bunun əsas açarlarından birinin jurnalistlərin özündə, onların peşəkarlıq səviyyəsində olduğunu deyib. “Mən ömrüm boyu jurnalistika ilə məşğul olmuşam və bu gün də həmin fəaliyyətimi davam etdirirəm. Bu, mənim üçün doğma bir sahədir və buna görə də hər bir peşəsinə sadiq jurnalisti həmkarım sayır, özümü daim onların yanında olmağa, maraqlarını müdafiə etməyə hazır və borclu bilirəm. Lakin jurnalistikaya təzyiqlər məsələsinin bir sıra aspektləri olduğu kimi, jurnalistlərin özlərinin də müəyyən hallarda həm sağlam jurnalistikaya, həm də vicdanlı, obyektiv jurnalistlərə qarşı təzyiq vasitəsinə çevrildiyi hallar istisna deyil. Sirr deyil ki, idarə olunan, sifariş yerinə yetirən, mənəvi killer rolunu oynayan, müəyyən hallarda elə jurnalistlərə qarşı istifadə edilən muzdlu mətbuat işçiləri və kütləvi informasiya vasitələri də var. Bəzən məhz belə “jurnalistlər” həbs olunanda, qarşıları qanuni vasitələrlə alınanda onlara guya təzyiqlər göstərilməsi haqda elə hay-küy qaldırırlar ki, sanki elə normal jurnalistikanı onlar təmsil edirmişlər. Əslində, istedadlı, qabiliyyətli, prinsipial, ədalətli jurnalistlər qalır bir kənarda. Digər tərəfdən, jurnalistlərin təhlükələrdən sığortalanmasının onların özlərindən asılı olan bir mühüm tərəfi də var. Jurnalistika alpinizmə çox bənzəyir. Alpinistin peşəkarlıq səviyyəsi nə qədər yüksəkdirsə, onun qayadan aşmaq, yıxılmaq, zədələnmək fürsəti də bir o qədər azdır. Jurnalist də ən kəskin mövzularda belə ustalığının hesabına elə yaza, faktları elə təqdim edə bilər ki, ona irad tutmaq, onu ittiham etmək, hədəfə götürmək mürəkkəbləşər. Müşahidələr göstərir ki, bir sıra hallarda məhz jurnalistika ilə məşğul olanların özlərinin təcrübəsizliyindənmi, peşəkarlıqlarının yetərincə olmamasındanmı buraxdıqları səhvlər, ehtiyatsızlıqlar ucbatından onlara qarşı məhkəmə iddiaları qaldırılır, cərimələr və sanksiyalar tətbiq edilir, həbslər və digər təzyiqlər də həyata keçirilir. Belə ki, jurnalistin birinci vəzifəsi peşə borcunu ləyaqətlə yerinə yetirməkdirsə, buna paralel ikinci vəzifəsi özünü qoruya bilməkdir. Bu baxımdan peşəkarlığı daim artırmaq vacibdir. Çünki yüksək peşəkarlıq jurnalistin ən etibarlı zirehidir”, - deyə R.Hüseynov əlavə edib.

Məruzədə Azərbaycana aidiyyəti olan məqamlar üzərində dayanan Rafael Hüseynov ölkəmizdə mətbuat sahəsində əldə edilmiş uğurların və inkişafın məruzədə ayrıca göstərilməsini müsbət qiymətləndirib. Eyni zamanda, azərbaycanlı deputat ölkəmizin ərazi bütövlüyünün Avropa Şurasının belə ciddi sənədində bir daha xüsusi olaraq qeyd edilməsinə toxunaraq deyib: “Qış sessiyasının gündəliyində jurnalistlər, geniş ölçüdə mətbuat, söz azadlığı ilə bağlı iki ciddi məruzənin yer alması bu problemlərin siyasi arenada və cəmiyyət həyatında nə qədər əhəmiyyətli yer tutduğuna dəlalət edir. Haqqında fikir bölüşdüyümüz məruzədə mənim ölkəmə, Azərbaycana aidiyyəti olan iki məqamla əlaqədar qənaətlərimi bildirmək istərdim.

Əvvələn, mən məruzəçiyə təşəkkür edirəm ki, Azərbaycanı araşdırılan mövzu ilə bağlı inkişafa, uğura nail olmuş ölkə kimi xüsusi qeyd edib. Digər məqam isə məruzədə diqqət mərkəzində olan həssas nöqtədir – Azərbaycanın işğal altında olan ərazilərində, o cümlədən Dağlıq Qarabağda və separatçı rejimlərin nəzarətində olan digər məkanlarda mətbuatın, jurnalistin taleyi məsələsi. Qətnamədə haqlı olaraq qanundan kənar, qeyri-şəffaf adlandırılan həmin ərazilərdəki vəziyyətdən ciddi narahatlıq ifadə edilir. Təbii ki, bu anormal halların aradan qaldırılmasının yeganə yolu həmin ərazilərdəki mövcud işğala, separatizmə son qoymaq, bu yerlərdə beynəlxalq nəzarətin tam təmin edilməsinə nail olmaqdır. Separatistin adı separatist, terroristin adı terrorist, işğalçının adı işğalçıdır. Burada ikinci mövqe ola bilməz. Həqiqətin tərəfində olanlar erməni nümayəndələri kimi müxtəlif təxribatlar və yolverilməz üsullarla bu həqiqətlərin ümumi sözlər arxasında gizlədilməsinə deyil, həqiqətlərin açıq şəkildə bəyan edilməsinə, yəni, mədəniyyət komitəsinin haqlı mövqeyinə tərəfdar çıxmalıdırlar”.

Assambleya üzvlərini məruzəçinin və mədəniyyət komitəsinin ədalətli yanaşmasını müdafiə etməyə, ilk növbədə erməni tərəfinin “Azərbaycana məxsus Dağlıq Qarabağda separatçı rejim” ifadəsini cürbəcür təzyiqlərlə mətndən çıxarmağa cəhdlərini rədd etməyə dəvət edən deputat Rafael Hüseynov vurğulayıb: “Arzu edirəm ki, hücumlar heç vaxt jurnalistə, mətbuata qarşı deyil, həmişə və kütləvi halda bu cür qanuna, haqqa, ədalətə zidd hallara qarşı olsun”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur