ELM VƏ TƏHSİL


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tələbələrin gözü ilə

Bakı, 16 may, AZƏRTAC

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tələbələrin gözü ilə” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan məcburi köçkün tələbələrlə görüş keçirilib.

AzTU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, tədbiri açan AzTU-nun prorektoru, professor İsa Xəlilov Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışıb. Prorektor qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Professor İsa Xəlilov çıxışında Ermənistanın təcavüzkar siyasətinin ölkəmiz və xalqımız üçün ağır nəticələrinə diqqət çəkərək gəncləri hər zaman ayıq-sayıq olmağa, düşmənə qarşı dövlətimiz ətrafında sıx birləşməyə çağırıb.

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının ekspertləri Şahin Qədirov və Ülkər Məhərrəmova Ermənistanın işğalçı, məkrli siyasətindən danışıblar.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə təşkil olunub və tələbələrin münaqişə, onun həllinə dair fikirləri öyrənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.