SİYASƏT
Ermənistan silahlı qüvvələrinin cinayət əməlləri ilə bağlı rayon prokurorluqları tərəfindən ümumilikdə 19 cinayət işi başlanıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqla törətdikləri cinayət əməlləri ilə bağlı rayon prokurorluqları tərəfindən ümumilikdə 19 cinayət işi başlanıb. Hazırda cinayət işləri üzrə istintaq davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəisi Günay Səlimzadə oktyabrın 5-də keçirilən brifinqdə deyib.
G.Səlimzadə vurğulayıb ki, hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Yaralananların xəsarətlərinin ağırlıq dərəcələrini, o cümlədən mülki infrastruktura və evlərə dəymiş maddi ziyanın məbləğini müəyyənləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.