İQTİSADİYYAT
“Eurodizayn” QSC telekommunikasiya sahəsi üzrə müasir həll olunma üsullarını təklif edir
Bakı, 4 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanın “Eurodizayn” QSC şirkəti həm ölkəmizdə, həm də Gürcüstanda fəaliyyət göstərən şirkətlərə telekommunikasiya sahəsindəki məsələlərin ən müasir həll olunma üsullarını təklif edir.
Bu barədə AZƏRTAC-a müsahibəsində “Bakutel 2015” sərgisinin iştirakçılarından olan “Eurodizayn”ın kommunikasiyalar üzrə əlaqələndiricisi Cavid Mustafayev deyib. O bildirib ki, şirkət informasiya xidmətləri, sistem inteqrasiyası, informasiya texnologiyaları məsləhət və layihə menecmentliyi üzrə ixtisaslaşıb.
Vurğulayıb ki, belə sistemlər əsasən neft-qaz hasilatı, tikinti sənayesi, tibbi xidmətlər və maddi–texniki təminat sahələrində fəaliyyət göstərən şirkətlərə təklif olunur.
C.Mustafayev əlavə edib ki, “Eurodizayn” QSC bir sıra beynəlxalq layihələrdə, o cümlədən “Bakı-2015” ilk Avropa Oyunlarının informasiya texnologiya və telekommunikasiya infrastrukturunun qurulmasında fəal iştirak edən qurumlardan biri olub. Şirkət logistika və kommersiya təşkilatlarının mürəkkəb layihələrini idarə edən peşəkar mütəxəssislərdən ibarətdir.