CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 23 yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 13 may, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 23 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və bir nəfərin özünü dənizə atması faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutkada ikisi azyaşlı olmaqla yeddi nəfər, o cümlədən Dənizkənarı Milli Parkda özünü dənizə atmış şəxs xilas olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.