İDMAN
FİFA-NIN MEKSİKA FUTBOL İTTİFAQINA RƏSMİ ETİRAZI
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Meksika yığma komandasının baş məşqçisi Rikardo La Volpeyə xəbərdarlıq etmişdir. Buna səbəb onun dünya çempionatında Meksika və İran futbolçularının görüşü zamanı siqaret çəkməsidir.
FİFA-nın KİV-lərlə əlaqələr üzrə direktoru Markus Ziqler mətbuata bildirmişdir: “Biz videoyazını diqqətlə nəzərdən keçirdik və müəyyən etdik ki, o, həmin oyun zamanı həqiqətən siqaret çəkirdi”.
Bununla əlaqədar FİFA Meksika Futbol İttifaqına rəsmi məktub göndərmişdir. Məktubda FİFA onun qaydalarından birinin pozulduğuna görə öz etirazını bildirir. Həmin qaydaya uyğun olaraq, məşqçilər zonasında siqaret çəkmək qadağandır, çünki bununla ətrafdakılara pis nümunə göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]