DÜNYA


Fars körfəzində Yunanıstana məxsus 2 gəmi həbs edilib

Tehran, 28 may AZƏRTAC

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) dəniz qüvvələri Fars körfəzinə daxil olan Yunanıstana məxsus 2 yük gəmisini həbs edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Sepah-ın bu gün yaydığı açıqlamada deyilir. Nəzərə çatdırılıb ki, Yunanıstan gəmiləri körfəzə daxil olarkən müəyyən edilən beynəlxalq qaydaları pozub.

Qeyd edək ki, ötən ay Yunanıstanın sahil mühafizə xidməti İrana məxsus gəmini ərazi sularında həbs edərək yükünü müsadirə edib.

Hələlik Yunanıstan tərəfi məsələyə münasibət bildirməyib.

İran mətbuatı yazır ki, gəmilər yalnız İrana dəyən ziyan ödənildikdən və həbs olunan gəmisi azad edildikdən sonra sərbəst buraxıla bilər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.