İDMAN


Fərid Qayıbov beynəlxalq turnirlərdə uğurla çıxış etmiş idmançılarımızla görüş keçirib

Bakı, 1 aprel, AZƏRTAC

Aprelin 1-də gənclər və idman naziri Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə əvvəlcə ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Nazir Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün onları təbrik edib və yeni uğurlar arzulayıb.

Tədbirdə boks, bədii gimnastika, idman gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, stolüstü tennis, paraatletika, cüdo, paracüdo, sərbəst güləş, yunan-Roma güləşi, güllə atıcılığı, qılıncoynatma, taekvondo, karate, sumo, paraüzgüçülük yarışlarında ölkəmizə medal qazandırmış idmançılar çıxışlarında qələbələri haqqında ətraflı məlumat veriblər.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.