İDMAN
“Ferrari” Azərbaycan Qran-Prisində Şarl Lekler üçün strategiyanın seçilməsini şərh edib
Bakı, 29 aprel, AZƏRTAC
Formula 1 çempionatının “Ferrari” komandasının rəhbəri Matti Binotto Azərbaycan Qran-Prisinin finişində beşinci mövqedə olan Şarl Lekler üçün strategiyanın seçilməsini şərh edib.
AZƏRTAC xəbər verir ki, “ESPN” Mattia Binottonun bu sözlərini sitat gətirir: “Biz bunu yürüşdən sonra müzakirə etdik. Ola bilər ki, biz başqa cür oynaya bilərdik – yürüşü daha tez dayandıra və ya orta şinlərdə daha uzun müddət qala bilərdik. Lakin bu qərarı yürüşlərdən sonra, retroperspektivdə müzakirə etmək çox asandır. Fikrimcə, biz heç bir şeyi səhv yerinə yetirməmişik.
Biz təsnifatlarda əla bolidə malik idik. Yarışların startında poul-mövqedə ola bilərdik, lakin bunu edə bilmədik. Yürüş zamanı irəlidə sərbəst trasın olduğu şəraitdə işləmək daha asandır. Hesab edirəm ki, bizim hazırkı tempimizin start mövqeyinə təsiri oldu. Buna rəqiblərin çox güclü və rəqabətin yüksək olmasını da əlavə edə bilərik”.