İQTİSADİYYAT
Fevralda istehlak qiymətləri indeksi 100,7 faiz olub
Bakı, 25 mart, AZƏRTAC
Fevral ayında istehlak qiymətləri indeksi yanvar ayı ilə müqayisədə 100,7 faiz, bu ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,8 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi fevral ayında yanvar ayı ilə müqayisədə 100,4 faiz, 2020-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,2 faiz olub.
Fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi yanvar ayı ilə müqayisədə 101,6 faiz, 2020-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,9 faiz təşkil edib. Bu ilin fevralında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi yanvar ayı ilə müqayisədə 100,1 faiz, 2020-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə də 101,1 faiz olub. Fevralda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi yanvar ilə müqayisədə 100,1 faiz, 2020-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,4 faiz təşkil edib.