MƏDƏNİYYƏT
Filip Kopaçevski Bakıda konsert verəcək
Bakı, 9 avqust, AZƏRTAC
Rusiyanın məşhur pianoçusu, beynəlxalq müsabiqələr laureatı Filip Kopaçevski Bakıda konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsert proqramı Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək.
İfaçı konsertdə dahi bəstəkarlar Frederik Şopen, İohannes Brams, Edvard Qriq və Qriqori Qinzburqun əsərlərini səsləndirəcək.
Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]