DÜNYA
Finlandiyada parlament seçkiləri keçirilir
Helsinki, 14 aprel, Rauf Əliyev AZƏRTAC
Finlandiyada parlament seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, Finlandiya Respublikasının Ədliyyə Nazirliyinin yaydığı məlumata əsasən, ölkə ərazisində 900-dən çox seçki məntəqəsi yerli vaxtla saat 09:00-da açılıb. Gün ərzində seçicilər saat 20:00-dək öz səs vermə hüququndan istifadə edə bilərlər. Seçki məntəqələrinin bağlanmasından dərhal sonra Finlandiyanın Ədliyyə Nazirliyi seçkilərin ilkin nəticələrini açıqlayacaq. Seçki nəticələrinə əsasən, 200 deputatdan ibarət parlamentin növbəti dörd il üçün tərkibi təyin olunacaq, yeni hökumət formalaşaraq Baş nazir təyin ediləcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]