Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fiorello Provera: Azərbaycanın tolerantlıq modeli dünya üçün örnək ola bilər VİDEO

Roma, 11 dekabr, AZƏRTAC

Romada Azərbaycan Milli Məclisi və İtaliya Senatı tərəfindən “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Azərbaycan-İtaliya Assosiasiyasının təşəbbüsü ilə təşkil edilib.

Müxtəlif dövlətlərin siyasi dairələrinin və dini qurumlarının, eləcə də elmi-tədqiqat mərkəzlərinin nümayəndələrinin iştirak etdikləri tədbirin əsas məqsədi İslam ölkələrində müsəlmanların, xristianların, yəhudilərin və digər dinlərin nümayəndələrinin birgəyaşayışı ilə bağlı mövcud vəziyyəti müzakirə etmək və Azərbaycanın bu sahədəki təcrübəsini bölüşmək olub.

Azadlıq və Demokratiya uğrunda Avropa Mərkəzi Siyasi Fondunun prezidenti Fiorello Proveranın və Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimlinin moderatorluğu ilə keçən konfransda əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fiorello Provera çıxış edərək Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühitinin və dünyəvilik modelinin dünya ölkələrinə örnək ola biləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, tədbir müvafiq istiqamətdə müzakirələr üçün yaxşı imkan yaradır.

Azər Kərimli tolerantlığın tarixən və bu gün də Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Diqqətə çatdırılıb ki, mədəniyyətlərarası forumların təşəbbüskarı, multikulturalizm ideyasının dünya miqyasında fəal təbliğatçısı olan Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmiz zəngin tolerantlıq təcrübəsinə malik məkan kimi tanınıb.

A.Kərimli tolerantlığın beynəlxalq müstəvidə təşviqini xeyirxah missiyalar vasitəsilə həyata keçirən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb. Bildirib ki, Fondun dəstəyi ilə Roma katakombalarının bərpası, Kapitolini Muzeyinin “Filosoflar zalı”nda aparılan təmir işləri və İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirilən digər tədbirlər bu missiyanın sadəcə kiçik bir hissəsidir. Bu konfrans Azərbaycanın milli və dini tolerantlıq, multikulturalizm təcrübəsini İtaliya ictimaiyyəti ilə bölüşmək baxımından mühüm əhəmiyyət kəsb edir.

İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzillotta tolerantlıq və multikulturalizm Avropa regionu üçün vacib mövzu olduğunu vurğulayaraq deyib: “Dünyanın müxtəlif bölgələrində münaqişələrin, dini toqquşmaların cərəyan etdiyi bir dövrdə millətlərarası dialoqun qorunması bizi uğura apara bilər. Müsəlman cəmiyyəti ilə digər dinlərin icmaları arasında birgəyaşayış, sülh şəraitində mövcudluq olduqca önəmlidir. Azərbaycan bu istiqamətdə model ölkədir”.

Azərbaycanda mövcud olan siyasi sabitliyi, demokratiyanın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən L.Lanzillotta ölkəmizin Avropa üçün strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Vurğulayıb ki, yüksək səviyyədə olan Azərbaycan-İtaliya əlaqələri dostluğa və qarşılıqlı hörmətə əsaslanır.

İtaliya Senatının vitse-prezidenti Maurizio Qasparri bu cür konfransın təşkilinin müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörməti artırdığını diqqətə çatdırıb. Bildirib ki, fundamentalizmə qarşı mübarizə aparmaq, dini radikalizmin, ekstremizmin qarşısını almaq, ümumiyyətlə demokratik ölkələrdə dini birgəyaşayış və bu anlayışın təbliği olduqca vacibdir.

Romanın baş ravvini Rikkardo Di Senyi bütün dini icmalar üçün çox önəmli olan bir mövzuda konfransın keçirilməsi təşəbbüsünə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfransın mövzusunun təsadüfi seçilmədiyini diqqətə çatdıraraq deyib: “Biz İslam ənənəli dövlətlərdə dini birgəyaşayış sahəsində ölkəmizin təcrübəsini italiyalı tərəfdaşlarımızla bölüşmək istəyirik. Tədbirin formatı düzgün seçilib: həm siyasətçilərin, həm dini icmaların nümayəndələrinin, həm də dini ekspertlərin müvafiq mövzunu birgə müzakirə etmələri yaxşı nəticələr verə bilər”.

Ə.Hüseynli əlavə edib ki, mürəkkəb regionda yerləşməsinə baxmayaraq, ölkəmiz dini birgəyaşayışın, tolerantlığın nümunəvi modeli olaraq qalmaqdadır. Azərbaycan və İtaliya xalqlarını birləşdirən ümumi cəhət onların daxili sabitliyi və dözümlülüyüdür.

İtaliya Senatının üzvü, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sergio Divina Azərbaycanda tolerantlığın şəxsən şahidi olduğunu bildirərək deyib: “Bakıya səfərim zamanı Azərbaycandakı dini tolerantlıq mühitini araşdırmaq imkanı əldə etdim. Bu ölkədə müxtəlif dinlərin nümayəndələrinə böyük hörmətlə yanaşıldığının şahidi oldum. Azərbaycanda yüksək tolerantlıq mühitinin formalaşmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulamaq lazımdır”.

S.Divina bildirib ki, mövcud geosiyasi reallıqlar kontekstində Azərbaycan ilə iqtisadi əlaqələr daha çox önəm kəsb etməyə başlayıb və İtaliya bu əməkdaşlığa xüsusi diqqət yetirir.

Digər çıxış edənlər bu cür görüşlərin əslində dini birgəyaşayış və tolerantlıq sahələrində hesabat xarakteri daşıdığını, qarşılıqlı dialoqu və birgəyaşayışı təşviq etməyin vacibliyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan beynəlxalq birlik tərəfindən müvafiq istiqamətlərdə irəli sürülən bir çox təşəbbüslərin fəal iştirakçısıdır.

Sonra konfrans işini sessiyalarla davam etdirib.

“Tarixi giriş” sessiyasında İPOCAN Şərqşünaslıq Elmi Araşdırma İnstitutunun prezidenti Klaudio Lo Yakono “Peyğəmbərin dövründən indiyədək İslamın yayılması: tarixi və siyasi baxış” mövzusunda çıxış edib. O, İslamın yaranma tarixi, yayılması, ilkin dövrləri və İslam mədəniyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

İtaliya Yəhudi İcmaları İttifaqının nümayəndəsi Viktor Macar “Yəhudi, Xristian və İslam dinləri arasında tarixi birgəyaşayış” mövzusunda çıxış edərək, qədim dövrlərdən etibarən müxtəlif dinlərin nümayəndələri arasında münasibətlərin əsas xüsusiyyətləri, dünya ölkələrində dini tolerantlıq təcrübəsinə dair fikirlərini bölüşüb.

“İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam ölkələrində dünyəviləşmə anlayışının tarixindən və Azərbaycanda həyata keçirilən din siyasətindən danışıb. Vurğulayıb ki, dövlətimizin din sahəsindəki siyasəti beynəlxalq hüquq prinsipləri və normaları çərçivəsində həyata keçirilir. Azərbaycan dini azadlıqların qorunması ilə bağlı bütün beynəlxalq səyləri dəstəkləyir. Cəmiyyətimizdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti var.

“İslam ənənəli dövlətlərdə dini birgəyaşayışın hazırkı vəziyyəti: Azərbaycan nümunəsi” mövzusuna həsr olunmuş sessiyada Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev “Azərbaycan multikulturalizmi” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, Azərbaycanda dünya ölkələrinin tətbiq edə biləcəyi yüksək multikulturalizm təcrübəsi formalaşıb. Ölkəmizdə müxtəlif etnik azlıqların, dinlərin nümayəndələrinin sərbəst və sülh şəraitində yaşamaları üçün hər cür şərait yaradılıb.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Azərbaycanda digər etnik qruplar kimi yəhudilərin də dostluq və sülh şəraitində yaşadıqlarını qeyd edib. Bildirib ki, onların bütün hüquqları dövlət tərəfindən təmin olunur.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov “Azərbaycanda dini tolerantlığın formalaşmasında müsəlman icmasının tarixi rolu”, Milli Məclisin deputatı Mixail Zabelin “Azərbaycanın rus icmasının təcrübəsi”, Azərbaycan Katolik kilsəsi rəhbərinin müavini Stefan Kormançik “Azərbaycanın Katolik Xristian İcmasının təcrübəsi” mövzularında məruzələrlə çıxış ediblər.

Daha sonra “Qax: Kürmük oba bayramı” və “Quba rayonunun “Krasnaya Sloboda” qəsəbəsi” sənədli filmləri nümayiş olunub.

Son sessiyada “Dini birgəyaşayış – bütün dünyanın qarşısında duran məsələ. Nümunələr, problemlər və təzadlar” mövzusunda müzakirələr aparılıb.

Ərəb və İslam araşdırmaları üzrə Papa İnstitutunun professoru Adnane Mokrani “İslam ənənəli digər dövlətlərdə aktual vəziyyət”, Ali Təkmilləşdirmə Müəssisəsinin prezidenti Saul Menyaqi “Milli mədəniyyətlər və milli dövlətlər”, İtaliya İslam Dini İcmasının vitse-prezidenti və imamı Yəhya Pallaviçini “Avropa cəmiyyətində İslam dininə sitayişin tənzimlənməsi” mövzularında çıxış ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Fiorello Provera: Azərbaycanın tolerantlıq modeli dünya üçün örnək ola bilər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib