CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi Daşkəsən rayonunda baş verən yanğınla bağlı məlumat yayıb VİDEO
Bakı, 14 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Daşkəsən rayonunun Quşçu qəsəbəsində beş nəfərin ölümünə səbəb olan yanğınla bağlı məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli üçotaqlı ev və yaxınlıqda olan 10 ton ot bağlaması yanıb. Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, 2010-cu il təvəllüdlü Tağıyeva Aygün Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızının meyitləri aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.