Fransa Çindən 2 milyarddan çox maska sifariş edib
Pekin, 6 aprel, AZƏRTAC
Fransa yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üçün Çindən 2 milyard ədəddən çox maska sifariş edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Fransanın Səhiyyə naziri Olivye Verana istinadla məlumat yayıb.
Nazir daha əvvəlki açıqlamalarında Fransada həftədə 40 milyon maskanın istifadə olunduğunu demişdi. Pandemiya ilə mübarizənin ön cəbhəsində olan tibb işçiləri, polislər, evlərdə yaşlı adamlara baxıcılıq edənlər maska qıtlığından şikayət ediblər.
Qeyd edək ki, Çin hökuməti daha əvvəl pandemiya ilə mübarizə üçün 1 milyon tibbi maska, 1,5 milyon əlcək, 10 min qoruyucu geyimi Fransaya ianə olaraq göndərib.
Fransa hazırda COVID-19 pandemiyasından ən çox əziyyət çəkən ölkələrdən biridir. Son məlumata əsasən, ölkədə 90 minə yaxın yoluxma faktı və 7560 ölüm qeydə alınıb. Virusa yoluxanların 6838 nəfərinin vəziyyəti ağır və ya kritikdir. Martın 17-dən ölkədə xüsusi karantin rejimi tətbiq olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.07.2026 [23:45]
“Axios”: Donald Tramp və Volodimir Zelenski arasında telefon danışığı olub
- 04.07.2026 [23:29]
Donald Tramp: ABŞ İran rəhbərliyinə sui-qəsd etmək niyyətində deyil
- 04.07.2026 [21:20]
Tramp: Netanyahu rəhbərin kim olduğunu bilir
- 04.07.2026 [20:33]
Çin eyni raketlə orbitə 13 peyk göndərib
- 04.07.2026 [19:26]
ABŞ 250 illik yubileyini qeyd edir FOTOSESSİYA VİDEO
- 04.07.2026 [19:20]
Türk Akademiyası Monqolustanda qədim türk irsinin tədqiqini davam etdirir
- 04.07.2026 [19:03]
Şahzadə Harri Londona ailəsi olmadan səfər edəcək
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DİN: İtkin düşən 9 nəfər tapılıb
- [11:39]
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 40 nəfər xəsarət alıb
- 03.07.2026 [23:44]
“Sumqayıt” yeni qapıçı transfer edib
- 03.07.2026 [23:18]
Ukraynada orta məktəblərdə mobil telefonların istifadəsi qadağan edilə bilər
- 03.07.2026 [23:04]
Çempionlar Liqası: “Sabah” iştirak ərizəsini UEFA-ya təqdim edib
- 03.07.2026 [22:34]
Filarmoniyada mövsümün yekun konserti – “İncə Sənətlə üz-üzə”
- 03.07.2026 [22:30]
“Kəpəz” baş məşqçisi Azər Məmmədovla müqavilə imzalayıb
- 03.07.2026 [22:17]
“Qarabağ”dan ayrılan qapıçı “Sabah”a keçib
- 03.07.2026 [22:15]