Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Fransa Minsk qrupunun vasitəçilik missiyasına zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik göstərir

Fransa Minsk qrupunun vasitəçilik missiyasına zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik göstərir

Bakı, 20 noyabr, AZƏRTAC

Xalqımız 44 günlük Vətən müharibəsində qələbə qazandı. Biz bu qələbəni çox yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Hazırda münaqişənin siyasi mərhələsi davam edir. Biz öz məqsədimizə nail olacağıq, buna inanırıq. Artıq bərpa və quruculuq işlərinə başlanılıb. İşğaldan azad olunmuş ərazilərdə ölkə başçısının sərəncamları ilə artıq müvafiq işlər görülür. Bütün bunlar bir daha göstərir ki, biz vaxt itirmədən kəndlərimizin, şəhərlərimizin yenidən qurulmasına çalışırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Komitə sədri deyib: “Prezident İlham Əliyevin Fizuli və Cəbrayıla səfəri zamanı dediyi kimi, “onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bütün buraları bərpa edəcəyik”. Quruculuq planları hazırlanır, yerli və beynəlxalq investorların cəlb edilməsi ilə Qarabağ cənnətə çevriləcək. Eyni zamanda, erməni vandalları 28 ildə törətdikləri vəhşiliyə, mədəni-tarixi-dini irsimizə, təbiətimizə, yeraltı və yerüstü sərvətlərimizə görə öz cəzalarını almalıdırlar. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə bu cinayətlərlə bağlı hesabat hazırlanır. Ermənistan bütün bu müddət ərzində və hazırda vurduğu ziyana görə məsuliyyətə cəlb olunmalı və təzminat ödəməlidir. Eyni zamanda, Qarabağda yaşamaq istəyən ermənilərlə bağlı xüsusi qayda və normalar hazırlanmalı, monitorinq aparılmalıdır. Ermənilərin bu ölkənin vətəndaşı kimi yaşaması üçün müəyyən tələb qoyulmalıdır. Həmin qiymətləndirmə əsasında erməni yaşamaq haqqını əldə edə bilər”.

Hicran Hüseynova qeyd edib ki, bəzi beynəlxalq təşkilat və qüvvələr Azərbaycanın qazandığı qələbənin əhəmiyyəti azaltmağa çalışırlar. 90-cı illərlə müqayisələr aparırlar, hazırkı Ermənistanı o dövrün Azərbaycanı ilə müqayisə edir, revanşla bağlı separatçı çağırışlar edirlər. Lakin o dövrdə də erməni lobbisi və bəzi ölkələr torpaqlarımızın işğalı üçün dəstək verirdi, ermənilər daha yaxşı silahlanmışdı, biz isə informasiya blokadasında idik, yeganə çıxışımız Türkiyə idi. Bizim soydaşlarımız vəhşicəsinə, məcburi qaydada öz evindən, doğma torpağından çıxarılmışdı, ancaq Azərbaycan humanistlik göstərərək mülki erməni əhalisinə vaxt verdi ki, ona aid olmayan torpaqları tərk etsin. Azərbaycanda milli birlik var, biz əsgərlərimizin qanı, canı hesabına qələbə qazanmışıq. Ona görə də heç kim bu qələbənin əhəmiyyətini azalda bilməz. Bizim məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə də heç bir təxribata getmək və hadisələri qabaqlamaq olmaz. Eyni zamanda, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası, bölgədə stabilliyin yaranması üçün atılan bir addımdır. Bu sənəd bir çox ölkələr və təşkilatlar tərəfindən dəstəklənməsinə baxmayaraq, bəzi dövlətlər bu bəyanata qarşı mövqe ifadə edirlər. Həmin münasibətlərin fonunda Fransanın münasibəti isə daha aqressivdir. Belə ki, Fransa Senatında təmsil olunan 5 partiya liderləri Azərbaycan ərazilərində qeyri-qanuni yaradılmış qondarma qurumun tanınması barədə qətnamə layihəsi təqdim ediblər. Biz bu birtərəfli və ədalətsiz mövqeyi Vətən müharibəsinin ilk günlərində də gördük. Bu, bir daha sübut edir ki, Fransa rəhbərliyi Minsk qrupunun vasitəçilik missiyasına zidd mövqe ortaya qoymaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik göstərir. Elə bu gün Ağdamın işğaldan azad olunması ilə bağlı xalqa müraciət edərkən Prezident bir daha vurğuladı ki, bizim suveren hüquq çərçivəsində ərazi bütövlüyümüzü bərpa etmək hüququmuz var və bizi heç kim dayandıra bilməz. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Qərbin demokratik münasibəti heç də birmənalı deyil və ölkədən-ölkəyə dəyişir. Biz bunun 44 gün davam edən Vətən müharibəsi dövründə bir daha əyani şəkildə şahidi olduq. Üç dəfə atəşkəs elan olundu, hər üçündə də erməni silahlı qüvvələri bu humanitar atəşkəs rejimini pozaraq müharibə zonasından kənarda yerləşən ərazilərimizi çoxsaylı insan tələfatına, mülki və sosial obyektlərin dağılmasına səbəb olan istifadəsi qadağan edilən raket zərbələri endirdi. Ölən və yaralanan insanlar arasında uşaq, qadın və yaşlılar da var. Gəncə, Bərdə bombalandı, Tərtər dağıdıldı. Amma beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədri Fransa birtərəfli mövqe nümayiş etdirir. Beynəlxalq təşkilatlar öz hesabatlarında bir dəfə də olsun həlak olan günahsız insanlarla bağlı bitərəf mövqe tutmadı. Əksinə, baş verən bu fəlakəti, vandalizmi döyüş zonası ilə bağlayaraq erməniyə haqq qazandırmağa çalışırdı. Azərbaycan hər zaman ikili standartlarla üzləşir. Ölkəmiz terrorçu və separatçı ölkə ilə mübarizə apardığı bir dövrdə Avropa İttifaqı, Böyük Britaniya, ABŞ Konqresinin Nümayəndələr Palatası Qarabağdakı qondarma rejimə maliyyə yardımı göstərir.

Avropa İttifaqı bunu humanitar aksiya kimi dəyərləndirir və müharibədən zərər çəkən əhaliyə dəstək olduğunu söyləyir. Oktyabrın əvvəlində də Avropa İttifaqı tərəfindən Qarabağdakı ermənilərə 500 min avro, indi isə 1 milyon avro ayrılıb. Qeyd edək ki, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsində zərərçəkənlərə humanitar yardım üçün bir milyon funt-sterlinq, ABŞ Konqresinin Nümayəndələr Palatası da işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına 1,4 milyon dollar ayırmışdı. Birincisi, Qarabağa hər hansı yardım dolayısı ilə bu ərazinin ayrıca bir yer kimi qəbul edilməsi və ərazi bütövlüyümüzə qarşı bir təxribat kimi qiymətləndirilməlidir. İkincisi, əgər heç bir başqa münasibət yoxdursa, onda sual yaranır. Hərbi əməliyyatlar zonasından kənarda yerləşən Azərbaycanın şəhərləri - Gəncə, Mingəçevir, Bərdə, Ağcabədi, eləcə də cəbhə rayonu sayılan Tərtərin bombalanmasından əziyyət çəkən insanların dəstəyə ehtiyacı yoxdurmu? Nə üçün bu, həmin təşkilatları narahat etmir? Nə üçün 7 ailənin tamamilə məhv edilməsi onları narahat etmir?

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 94 mülki şəxs qətlə yetirilib, 414 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 512, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3410-dur. Əlbəttə ki, Azərbaycan dövlətinin erməni terrorundan zərər çəkən vətəndaşına hərtərəfli kömək etməyə bütün imkanları var. Heç kimdən heç nə istəmir və buna ehtiyac da yoxdur. Lakin insan hüququndan, norma və prinsiplərdən danışan bu və digər qurumlar hadisələrə ədalətli yanaşmalıdır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətləri nəticəsində adıçəkilən şəhərlərdə həlak olan və yaralanan Azərbaycan vətəndaşlarına Avropa İttifaqı, eləcə də başqa mühüm beynəlxalq təşkilatlar hüquqi-siyasi dəstəyini ifadə etməyib. Lakin işğalçı, separatçı rejimə qarşı humanistlik göstərir. Belə nüfuzlu təşkilatın qondarma rejimə maliyyə yardımı ayırması onun fundamental prinsiplərinə ziddir. Onda bu məntiqlə, Barselonada, Afrikada, Asiyada olan üsyançı dəstələrə də vəsait ayırmalıdırlar? Bütün bunlar bir daha Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi üçün apardığı siyasətin Avropada müəyyən dairələri razı salmadığını göstərir.

Qərbin tanınmış KİV-ləri Prezident İlham Əliyevdən müsahibə götürən zaman verilən təxribatçı sualları hamımız yaxşı xatırlayırıq. Prezident İlham Əliyevin qətiyyətli, məntiqli cavabları qarşısında susan bu jurnalistlər nə üçün indi Ermənistanda baş verən hadisələrə göz yumurlar, nə üçün beynəlxalq təşkilatlar susurlar? İnsan haqlarından, demokratiyadan dəm vuran bu təşkilatlar, dövlətlər sanki Ermənistanda baş verən hadisələri, özbaşınalığı, diktatorun qanunsuz hərəkətlərini görmürlər. Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində Prezident İlham Əliyev bu məsələyə də öz münasibətini bildirdi: “Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan?”. Qərbin bu erməni sevgisinin arxasında əlbəttə ki, iki fakt var: biri erməni lobbisi, digəri isə maraqlardır. Ölkə başçısı Ermənistanın müstəqil bir dövlət kimi varlığı məsələsinə öz fikrini bildirdi: “Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar". Bir ölkənin ki, tarixi, mədəniyyəti, coğrafiyası saxtadırsa, yalan və hiylə üzərində qurulubsa, o, necə müstəqil ölkə ola bilər? Dövlətçilik ənənələri olmayan bir toplumun dövləti və müstəqilliyi necə ola bilər? Ermənilərin düşüncəsinə görə hamının ona borcu var. Kimsə onun yerinə layihələr həyata keçirməli, iqtisadiyyatı qurmalı, döyüşməli, o isə ancaq “böyük Ermənistan” xəyalı ilə özünü hamıdan “üstün” olduğunu göstərməlidir. Əlbəttə ki, bu, heç zaman baş tuta bilməz, necə ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı bunu sübut edir. Hələ 28 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edildi. Partiya o zaman yeni müstəqilliyini elan etmiş, lakin dayaqlarını hələ tam bərkitməmiş, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, ən həssas bir dövrdə yarandı. O zaman Ulu Öndər tərəfindən qoyulan məqsəd bu gün partiyanın sədri İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir. Eyni zamanda, bu gün hər bir vətəndaşımız birləşərək, vahid xalq kimi bu zəfərə imza atır. Qələbəmiz mübarək! Yaşasın Azərbaycan!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir 

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib