İDMAN


Fuad Cəfərov memorialı: uşaqların yarışında növbəti turun oyunları yekunlaşıb

Bakı, 8 yanvar, AZƏRTAC 

Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan memorialın C qrupunda (11 yaşadək şahmatçılar) altıncı turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, 37 şahmatçının mübarizə apardığı bu yarışın sonuncu turunda qalib gələn Nihad Kərimov (1404) 5,5 xalla liderliyini davam etdirir. Beş şahmatçımız isə 4,5 xalla sonrakı pillələrdə qərarlaşıblar.

Bu qrupun oyunlarına yanvarın 9-da yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.