İDMAN
GİMNASTLARIMIZ FRANSADA QRAN-PRİ YARIŞLARINDA UĞURLA ÇIXIŞ ETMİŞLƏR
Onun komanda rəfiqəsi Anna Qurbanova gürzlə final yarışında 15,050 xalla yeddinci yerə çıxmış, çoxnövçülükdə 29 iştirakçı arasında 59,575 balla 10-cu olmuşdur.
Mütləq birincilikdə ilk üç yeri Vera Sesina, Alina Kabayeva və Olqa Kapranova tutmuşlar.
Tiyedə Qran-Pri yarışları ilə yanaşı, qrup təmrinlərini yerinə yetirən komandaların beynəlxalq turniri də keçirilmişdir. Azərbaycan kollektivi çoxnövçülükdə iki təmrinin yekunlarına əsasən 23,75 balla 8-ci nəticəni göstərmişdir. Burada qələbəni Belarus, Rusiya və Çin komandaları bayram etmişlər.
Respublika Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, gimnastlarımız Fransadan martın 31-dən aprelin 2-dək keçiriləcək “Sankt-Peterburq incisi” beynəlxalq turnirində iştirak etmək üçün Neva sahillərinə yola düşəcəklər. Elə bu ara Lyublyanada Dinara Gimatovanın da iştirak edəcəyi daha bir beynəlxalq turnir - “Slovenian Çəlinc” yarışları keçiriləcəkdir.