REGİONLAR
Gədəbəyin düşmənlə həmsərhəd 21 yaşayış məntəqəsi qazlaşdırılır
Gədəbəy, 23 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Gədəbəy rayonunun düşmənlə həmsərhəd 21 yaşayış məntəqəsinə qaz xətti çəkilir. Həmin kəndlərdən 19-u rayonun Şınıx bölgəsində yerləşir.
İndiyədək yanacağa olan ehtiyaclarını əsasən odunla ödəyən bu kəndlərin sakinləri ilk dəfə olaraq mavi yanacaqdan istifadə edəcəklərinə görə çox sevinclidirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işlər yekunlaşdıqdan sonra ümumilikdə 1047 abonent mavi yanacaqla təmin ediləcək.
Hazırda qazlaşma işləri rayonun Səbətkeçməz kəndində davam etdirilir. Bu günə qədər kənddə 1140 metr müxtəlif diametirli xətt çəkilib, sayğaclar quraşdırılıb. Yaxın günlərdə kəndin tam olaraq sayğaclaşması yekunlacaq. İki minə yaxın sakini olan bu kənddə xətlərin çəkilişi və sayğaclaşma yekunlaşdıqdan sonra sınaq işləri aparılacaq və sakinlər ilin sonunadək mavi yanacaqla təmin ediləcək.