DÜNYA


Gənc ailələr üçün sferik evlər

Bakı, 7 oktyabr, AZƏRTAC

Litvada “sferik evlər” layihəsi futuristik ailə şəhərciyinin bir hissəsi olacaq.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, layihə nəhəng panoramik pəncərələrin tətbiqini təklif edən “DO Architects” memarlıq və dizayn şirkəti tərəfindən hazırlanıb.

Kənardan nəhəng boruları xatırlatsa da, bu evlər, əslində, 3 mərtəbəli yaşayış sahəsindən ibarətdir. Sferik evlər tavandan-tavana qədər olan pəncərələr sayəsində maksimum miqdarda təbii işığın düşməsinə imkan verir. Belə evlər daha çox müasir həyat tərzi sürən gənc ailələr üçün uyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.