CƏMİYYƏT


Gənc qızların peşə təhsilinin təşviqi ilə bağlı növbəti maarifləndirmə tədbiri Zərdabda təşkil edilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” adlı layihəsi çərçivəsində növbəti maarifləndirmə görüşü həyata keçirib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Zərdab rayon Yarməmmədbağı kənd tam orta məktəbində keçirilmiş görüşdə 30 məktəbli gənc qız və müəllim iştirak edib.

Tədbiri açıq elan edən məktəbin direktoru Zülfiyyə Əhmədova layihənin gedişatına və təşkilatın fəaliyyətinə uğurlar arzulayıb. Bu istiqamətdə gənc qızlarla söhbətlərin aparılmasının önəmli olduğunu vurğulayıb.

Birliyin sədri Vəfa Xəlilli çıxışı zamanı gənc məktəbli qızların peşə təhsilinə yönləndirməyin onların gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin həllinə, həyatlarında daha səmərəli və risksiz iş əldə etmələrinə kömək edəcəyini xüsusilə vurğulayıb.

İştirakçılara materiallar (dəftər, qələm, buklet, təqvim) paylanılıb.

Qeyd edək ki, layihə iki ay olmaqla Zərdab və Ucar rayonlarında həyata keçiriləcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.