CƏMİYYƏT
Gəncədə və Oğuzda yaşayış evlərində yanğın baş verib
Bakı, 18 mart, AZƏRTAC
Gəncədə və Oğuzda yaşayış evlərində yanğın baş verib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Gəncə şəhəri Nizami rayonunda kommunal tipli üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kvadratmetr olan 4 otaqlı mənzilin hamamında tüstü bacasının ətrafında taxta konstruksiyalar 0,5 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Oğuz rayonunun Qumlaq kəndində isə (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 147 kvadratmetr olan birmərtəbəli 6 otaqlı evin bir otağında tüstü bacasının ətrafı 6 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.