ELM VƏ TƏHSİL


“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarının təlim səfərləri davam edir

Bakı, 25 may, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarının istehsal müəssisələrinə təlim səfərləri davam edir.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, ilkin biznes təsəvvürünün və istehsal təcrübəsinin formalaşması məqsədilə 2 nömrəli Ağdam Peşə Məktəbinin sonuncu kurs tələbələri “Azərxalça” ASC-nin Ağdam filialına gediblər. Tələbələr müəssisənin fəaliyyəti haqqında məlumatlandırılıb, istehsal prosesi ilə tanış olublar.

Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. 2021-2023-cü illəri əhatə edən layihə ilk olaraq Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçirilir. Layihə bitkiçilik və heyvandarlıq, turizm, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, dərzi, çilingər, aşpaz, şirniyyatçı və qaynaqçı ixtisaslarını əhatə edir. Layihə çərçivəsində peşə təhsili alan gənclər təlimlərə cəlb olunur, onlara mentorluq dəstəyi göstərilir, biznes müəssisələrinə təlim və təcrübə səfərləri təşkil edilir. Təlimləri uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahələri üzrə müvafiq avadanlıqlarla təmin olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.