ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutu vakant vəzifələr üçün müsabiqə elan edib
Bakı, 12 fevral, AZƏRTAC
Genetik Ehtiyatlar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, elmi müəssisənin Molekulyar sitogenetika şöbəsində müdir, kiçik elmi işçi, İmmunogenetika şöbəsində müdir, elmi işçi, Rüşeym plazması laboratoriyasında aparıcı elmi işçi, Tərəvəz və bostan bitkiləri şöbəsində elmi işçi, Texniki və yem bitkiləri şöbəsində böyük elmi işçi, Meyvə bitkiləri şöbəsində böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, Virusologiya qrupu üzrə elmi işçi, Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsində elmi işçi, kiçik elmi işçi vəzifələri vakant yerlərdir. Tovuz Elmi-Tədqiqat Bazasında böyük elmi işçi vəzifəsi də vakant yerdir.
Həmçinin Biotexnologiya şöbəsində aparıcı elmi işçi (1), elmi işçi (5), kiçik elmi işçi (2), Bitkilərin biokimyası şöbəsində kiçik elmi işçi (2), elmi işçi (1), böyük elmi işçi (2), Texnologiya şöbəsində böyük elmi işçi, Dənli-taxıl və paxlalı bitkilər şöbəsində böyük elmi işçi, Ekobotanika və sistematika şöbəsində elmi işçi (2) vəzifələri vakant yerlərdir.
Müsabiqədə elmi işçi vəzifəsi üzrə təcrübəsi olan şəxslər iştirak edə bilərlər. Sənədlər (direktorun adına ərizə, kadrların şəxsi uçot vərəqi, tərcümeyi-hal, xasiyyətnamə, iddiaçının elmi fəaliyyəti haqda arayış, əmək kitabçasının, diplomların surəti, elmi əsərlərin siyahısı, 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil) elan verildiyi tarixdən etibarən 1 ay müddətində institutun elmi katibinə təqdim edilməlidir.
Ətraflı məlumatı (+994 12) 562 99 28 əlaqə nömrəsindən əldə etmək olar.