CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən mobil telefon ekranları aşkarlanıb
Bakı, 4 mart, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən mobil telefon ekranları aşkarlanıb
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “BMW 318” markalı avtomobil “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. Sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, qabaq sol tərəf qapının altında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 180 ədəd müxtəlif markalı telefonlara aid ekranlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.