DÜNYA


Gürcüstan Prezidenti: Televiziya kanallarında cinayətkarlıqla bağlı xəbərlər gənclərin psixologiyasına mənfi təsir göstərir

Tbilisi, 9 avqust, AZƏRTAC

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin televiziya kanallarını cinayətkarlıqla bağlı məlumatları daha çox qabartmaqda ittiham edib və onları ciddi tənqid edib.

AZƏRTAC xəbər verir ki, S.Zurabişvili jurnalistlərə müsahibəsində dünyada və Gürcüstanda baş verən cinayətkarlıq hallarını müqayisə edib.

O deyib: “Cinayətkarlıq müasir dünyanın xəstəliyidir. Gürcüstan da dünyanın bir parçasıdır və bizim ölkədə də digərlərindən fərqli heç nə baş vermir. Mən başqa ölkədə yaşamışam və kriminogen vəziyyətin nə olduğunu yaxşı bilirəm. Bu müasir dünyanı bürüyən təhlükəli xəstəlikdir”.

Onun sözlərinə görə, Gürcüstanda kriminogen vəziyyət televiziya kanallarının təbliğ etdiyi kimi elə də ciddi deyil. Lakin bəzi televiziya kanalları səhərdən axşama qədər ölkədəki kriminogen vəziyyətlə bağlı süjet və xəbər yayırlar. Bu da gənclərə və onların psixologiyasına ciddi mənfi təsir göstərir.

Prezident televiziya kanallarını kriminogen vəziyyətlə bağlı xəbərlərin sayını kəskin azaltmağa çağırıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.