DÜNYA


Gürcüstan hökumətinə verilən səlahiyyətin müddəti uzadılıb

Tbilisi, 22 iyun, AZƏRTAC

Koronavirus pandemiyasına qarşı mübarizə aparmaq və koronavirusun yayılmasına qarşı müvəqqəti tədbirlər görmək üçün Gürcüstan hökumətinə verilən səlahiyyət müddəti yenidən uzadılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı parlament "Xalqın sağlamlığı haqqında" qanuna dəyişiklik edib.

Qanuna əsasən, pandemiya zamanı hökumətə və onun təyin etdiyi nazirliklərə pandemiya ilə mübarizə aparmaq və yeni koronavirusun yayılmasının qarşısını almaq üçün məhdudiyyətlər tətbiq etmək səlahiyyəti 2022-ci il yanvarın 1-dək uzadılıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.