Gürcüstanda 3 min 22 nəfər koronavirusdan ölüb
AzerTAg.az
Tbilisi, 22 yanvar, AZƏRTAC
Gürcüstanda son sutkada 14 min 827 nəfər koronavirusla əlaqədar test olunub. Nəticədə daha 903 nəfərə koronavirus diaqnozu qoyulub.
Sutka ərzində 636 nəfər sağalıb, 24 nəfər isə pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası rəhbərinin müavini Berdiya Siçinava bu gün keçirdiyi brifinqdə məlumat verib.
Bildirib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 251 min 974 nəfərə, müalicə olunaraq sağalanların sayı 238 min 737-yə, pandemiya qurbanlarının sayı isə 3 022-yə çatıb.
Hazırda ölkədə 10 min 189 aktiv koronavirus xəstəsi var.
Ölkə üzrə 523 nəfər karantində, 479 nəfər kovid otellərdə, 20 min 231 nəfər isə özünütəcrid rejimindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin mətnində orfoqrafik səhv var