DÜNYA
Gürcüstanda COVID-19-a yoluxanların sayı 93 mini keçib
Tbilisi, 19 noyabr, AZƏRTAC
Gürcüstanda COVID-19 virusuna yoluxma halları yenidən artıb. Son 24 saat ərzində ölkədə 3697 nəfərdə koronavirus təsdiqlənib.
Ötən sutkada 2 min 409 koronavirus xəstəsi sağalıb, 38 nəfər isə pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilib ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 93 092-yə, pandemiya qurbanlarının sayı isə 853-ü çatıb.
Hazırda 2186 nəfər karantin rejimində, 5 833 nəfər stasionarda saxlanılır. Daha 3518 nəfər isə xüsusi otellərdədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]