DÜNYA
Gürcüstanda beynəlxalq əhəmiyyətli magistral yolların yenilənməsinə daha çox vəsait ayrılacaq
Tbilisi, 13 avqust, AZƏRTAC
Gürcüstan hökuməti 2019-cu ilin I yarısında yol infrastrukturunun yaxşılaşdırılmasına 397,838 milyon lari (təxminən, 137 milyon ABŞ dolları) vəsait xərcləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamentinin 6 aylıq hesabatında məlumat verilir.
Məlumatda bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,4 faiz çoxdur.
Yanvar-iyun aylarında Gürcüstanda 200 kilometrə yaxın yol bərpa olunub, 10 körpüdə isə təmir-bərpa işləri aparılıb. Bu ilin sonuna qədər qonşu ölkədə 550 kilometr yolun bərpa olunması nəzərdə tutulub.
Bildirilir ki, təmir olunan yolların bir qismi Böyük İpək yolunun tərkib hissəsidir. Gürcüstan hökuməti beynəlxalq əhəmiyyətli magistral yolların yenilənməsinə daha çox vəsait ayırmaq niyyətindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]