DÜNYA


Gürcüstanda kəskin qrip epidemiyasının yayılma təhlükəsi var

Tbilisi, 6 noyabr, AZƏRTAC

Gürcüstanın Yoluxucu Xəstəliklərə Nəzarət Departamenti ölkə ərazisində kəskin qrip epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, xəbərdarlıqda dekabrın sonlarında ölkədə qrip virusunun güclü yayılma tendensiyasının olacağı bildirilir.

Departamentin rəhbəri Xatuna Zaxaşvili deyib ki, hazırda Gürcüstanda zökəm törədən rinovirus yayılıb. İlin sonunda isə qrip virusunun yayılma təhlükəsi çox böyükdür.

Əhalini qrip əleyhinə peyvənd olunmağa çağıran X.Zaxaşvili deyib ki, ölkə ərazisində yayılan infeksiyalardan qorunmayacaqları təqdirdə insanlar daha kəskin xəstəliklərə düçar ola bilərlər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.