DÜNYA
Gürcüstanın dəmir yolları ilə daşımaların həcmi artıb
Tbilisi, 11 aprel, AZƏRTAC
Cari ilin birinci rübündə Gürcüstanın dəmir yolları ilə daşımaların həcmi xeyli artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilir ki, bu ilin yanvar-mart aylarında dəmir yolları vasitəsilə 2,5 milyon ton yük daşınıb. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 105 min ton çoxdur. Buna səbəb quru yük və konteyner daşımalarının əhəmiyyətli dərəcədə artmasıdır.
“Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib ki, hesabat dövründə ölkənin dəmir yolları ilə 1,48 milyon ton quru yük və 18 min konteyner daşınıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 faiz və 31 faiz çoxdur. Üç ayda Gürcüstan konteyner daşımalarından 2 milyon 339 min dollar gəlir əldə edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]