İDMAN
Həndbol üzrə Azərbaycan çempionatı: “Qarabağ” komandası altıncı turda qələbə qazanıb
Bakı, 22 noyabr, AZƏRTAC
Qadın həndbolçular arasında Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turun birinci oyununda “Azərsu” və “Qarabağ” komandaları qarşılaşıblar. Çempionata kifayət qədər inamlı başlayan “Qarabağ” bu qarşılaşmada da etimadı doğruldaraq 29:24 hesabı ilə qalib gəlib.
Günün ikinci oyununda isə “Azəryol” komandası “İdman Akademiyası” ilə üz-üzə gəlib. Meydançaya favorit qismində çıxan “Azəryol” növbəti qələbəsini rəsmiləşdirməkdə çətinlik çəkməyib. Nominal ev sahibinin aşkar üstünlüyü ilə yadda qalan görüş 38:26 hesabı ilə başa çatıb.
Dekabrın 4-də keçiriləcək yeddinci turda “Azərsu” - “Azəryol”, “Qarabağ” - “İdman Akademiyası” oyunları keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]