İQTİSADİYYAT


Hesablama Palatası xarici həmkarlarını Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı məlumatlandırıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Hesablama Palatası oktyabrın 10-da saat 12:00-dan etibarən humanitar atəşkəsə riayət olunmasına dair razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bu razılığı kobud şəkildə pozmağa davam etməsi, mülki şəxslərə qarşı cinayətlərin törədilməsi ilə bağlı xarici ölkə həmkarlarını məlumatlandırıb.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatda beynəlxalq hüquqa zidd olan bütün addımlara əl atan Ermənistan ordusunun oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması, bu səbəbdən də 10 nəfərin həlak olması, çoxsaylı insanın yaralanması yer alıb. Həmçinin düşmən tərəfindən Cənubi Qafqazda ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhəri ilə yanaşı, Tərtər, Füzuli, Ağdam, Ağcabədi, Bərdə və sair şəhərlərimizin daim raket atəşinə məruz qalması qeyd edilib.

Hesablama Palatası bu məlumatı Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI), həmçinin bu təşkilatın regional bölmələrinin - Ali Audit Qurumlarının Avropa Təşkilatı (EUROSAI), Ali Audit Qurumlarının Avropa Təşkilatı (ASOSAI), İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) prezidentlikləri və baş katibliklərinə, MDB-yə üzv Dövlətlərin Ali Audit Orqanlarının Rəhbərlər Şurasına və ayrı-ayrı ölkələrin ali audit orqanlarına ünvanlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.