SİYASƏT


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təlim-metodiki toplanış keçirilib

Bakı, 13 fevral, AZƏRTAC 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor və müəllim heyəti ilə təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplanışda metodiki məşğələlər keçirilib, tədris, metodiki və tərbiyəvi işin aktual problemləri müzakirə edilib, yeni rəhbər sənədlərin tələblərinin və qoşunların təcrübəsinin tədris prosesində tətbiqi üçün aidiyyəti üzrə göstərişlər verilib və yeni tədris dövründə qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə zabit kadrlarının hazırlanmasına, eləcə də döyüş hazırlığı üzrə qarşıda duran tapşırıqların vaxtında və dəqiq icrasına diqqət yetirilməsinin vacibliyi xüsusi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.