ELM VƏ TƏHSİL
“Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar: nəticələr və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mayın 6-da “Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar: nəticələr və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr ediləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransda “Heydər Əliyev yolu və İlham Əliyevin rəhbərliyi ilə biz hələ çox uğurlara imza atacağıq”, “Ümummilli lider Heydər Əliyevin islahatlar konsepsiyasının hüquqi əsasları” və “Ulu öndər Heydər Əliyev Azərbaycanda milli iqtisadiyyatın formalaşması və inkişafı konsepsiyasının banisidir” mövzularında məruzələr dinləniləcək.
Konfrans “Zoom” platforması üzərindən təşkil olunacaq.