SİYASƏT
İĞTİŞAŞIN TƏŞKİLATÇILARI VƏ İŞTİRAKÇILARI LAYİQLİ CƏZALARINI ALMALIDIRLAR
BU TƏLƏB AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİNDƏN AzərTAc-a DAXİL OLMUŞ BƏYANATDA QEYD EDİLMİŞDİR
Bu vandalizm hərəkətləri nəticəsində vətəndaşların maşınları, əmlakı amansızlıqla dağıdılmış, mağaza vitrinləri, ayrı-ayrı binaların şüşələri və sair sındırılmış, ictimai nəqliyyat yararsız hala salınmışdır. Bir sözlə, şəhərdə zorakılıq, vandalizm, qarət hökm sürmüş, əhalinin sakitliyi pozulmuşdur.
Bütün bunlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvlərini bir vətəndaş kimi ciddi narahat edir və onlar pozucu qüvvələrin ciddi cəzalandırılmasını tələb edirlər.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvü kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün humanizm, qərəzsizlik, bitərəflik prinsiplərini rəhbər tutaraq, insanlığa zidd olan hər cür zorakılığı, amansızlığı, vandalizmi pisləyir və ümid edir ki, ölkəmizdə belə hallar bir daha təkrar olunmayacaqdır.
Müraciət bu sözlərlə bitir: İnanırıq ki, iğtişaşların təşkilatçıları və iştirakçıları qanun çərçivəsində öz layiqli cəzalarını alacaqlar!