DÜNYA
İRAN TURİZMDƏN İLDƏ 25 MİLYARD DOLLAR GƏLİR GÖTÜRMƏYİ PLANLAŞDIRIR
AZƏRTAC İran news agentliyinə istinadla xəbər verir ki, İran İslam Respublikası turizmdən əldə edilən gəliri 2024-cü ilədək hər il 25 milyard dollara çatdırmağı planlaşdırır.
İran Turizm Təşkilatının rəhbəri Hüseyn Maraşi bildirmişdir ki, ölkənin turizm sahəsi dövlətin ixtiyarından özəl sektora keçir.
Bununla əlaqədar ölkə hökuməti dünya turizmində İranın payını indiki 0,1 faizdən 2024-cü ilədək 1,5 faizə çatdırmağı qarşıya bir vəzifə olaraq qoyur. H.Maraşi demişdir ki, bu, xarici sərmayə cəlb olunmadan mümkün deyildir. Mehmanxanalar və turizm mərkəzlərinin tikintisi, nəqliyyat infrastrukturunun yaradılması üçün İrana azı 5 milyard dollar gərəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]