CƏMİYYƏT
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 20 adda dəyəri yüksək və ən çox tələb olunan dərmanları təhvil verib
Bakı, 21 yanvar, AZƏRTAC
Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qan xərçəngindən əziyyət çəkən xəstələr üçün 20 adda dəyəri yüksək və ən çox tələb olunan dərman preparatları təhvil verilib.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, bununla da mərkəzə verilən dərmanların sayı 38-ə çatıb.
Dərman preparatlarının təminatı “Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” (Tədbirlər Proqramı) çərçivəsində həyata keçirilir. Tədbirlər Proqramına dair dərman vasitələrinin təminatı agentlik tərəfindən keçirilmiş açıq tenderlərin nəticələrinə uyğun olaraq həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]