İDMAN
İdman gimnastikası üzrə çoxnövçülük yarışların təsnifat mərhələsi davam edir [YENİLƏNİB]
Qadınlar arasında sərbəst hərəkətlər və gimnastik tir üzrə yarışlar davam edir. Rusiya gimnastları ən yüksək nəticə ilə yarışa liderlik edirlər. Almaniya komandası ikinci, Hollandiya gimnastları isə üçüncü yerdə qərarlaşıblar.
15:40
İdman gimnastikası üzrə çoxnövçülük yarışlarının təsnifat mərhələsi davam edir. Azərbaycanı təmsil edən kişi idmançıları Oleq Stepko, Eldar Səfərov və Petro Parnyuk turnik hərəkətlərində yüksək nəticə göstərərək, komandanın xallarını 144,600 çatdırıblar.
Son nəticələrə əsasən, ölkəmizin kişilərdən ibarət komandası 3-cü pillədə qərarlaşıb. Rusiya komandası (148) birinciliyi qorumaqda davam edir, ikinci yerdə isə Ukrayna (146) gimnastlarıdır.
13:08
İdman gimnastikası üzrə çoxnövçülük yarışlarının təsnifat mərhələsində qadınlar arasında sərbəst gimnastik hərəkətlər və gimnastika tiri üzərində yarışlar davam edir.
İlkin nəticələrə görə, Rusiyanın qadınlardan ibarət komandası birinci yerdədir (116), Böyük Britaniya gimnastları ikinci pillədə (107,940), Macarıstan idmançıları (107,164) üçüncü, Azərbaycanın qadın gimnastlarından ibarət komandası isə dördüncü yerdə qərarlaşıb.
12:20
İdman gimnastikası üzrə çoxnövçülük yarışlarının təsnifat mərhələsində kişilər arasında qalan üç hərəkətdə (paralel qollar, turnik, dayaqla tullanma) yarışlar davam edir.
İlkin nəticələrə görə, fərdi yarışlarda kişilər arasında ən yüksək nəticəni Böyük Britaniyanın gimnastı Bevan Brinn göstərib - 86,264 xal.
11:22
İdman gimnastikası üzrə çoxnövçülük yarışların təsnifat mərhələsi davam edir.
Qadınlar arasında iki hərəkət yarışlarından sonra Böyük Britaniya komandası (81,198) liderlik edir.
Ukrayna gimnastları (75, 987) ikinci pillədə qərarlaşıblar. Üçüncü yerdə isə Belarus komandasıdır (71, 786).
10:41
Bakı, 15 iyun, AZƏRTAC
İdman gimnastikası üzrə çoxnövçülük yarışların təsnifat mərhələsinin ikinci günün liderləri müəyyənləşib.
Kişilər arasında komanda yarışlarında İspaniya gimnastları (114,160) birinci, Böyük Britaniya komandası (114,064) ikinci yerdədir.