Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

İlahiyyat İnstitutunda bu il ilk dəfə olaraq doktoranturaya qəbul həyata keçiriləcək

İlahiyyat İnstitutunda bu il ilk dəfə olaraq doktoranturaya qəbul həyata keçiriləcək

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ölkədə din təhsili sahəsində xeyli iş görüb. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrlar hazırlanmasını təmin etməkdir. İnstituta bakalavr pilləsi ilə yanaşı, həm də magistr və doktorantura pilləsi üzrə qəbul aparılır.

AZƏRTAC Azərbaycan İlahiyyat İnstitutunun Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifovanın müsahibəsini təqdim edir.

- Magistratura və doktorantura şöbəsinin fəaliyyəti haqqında məlumat verərdiniz...

- Azərbaycan İlahiyyat İnstitutunun Magistratura və doktorantura şöbəsi ali tədris müəssisəsinin strukturunda fəaliyyət göstərir. Aİİ-nin məqsədi gələcəyin peşəkar mütəxəssislərini yetişdirməkdir. Bunun üçün xarici universitetlərin təcrübəsi nəzərdən keçirilir, bir sıra layihələr üzərində işlənilir. Yeni əməkdaşlıqlar, əlaqələr qurulur. Elm sahəsində idarəetmə sistemini və elmi-tədqiqat işlərinin təşkilini təkmilləşdirmək, ilahiyyat üzrə magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların qəbulunu və hazırlanmasını təşkil etmək, cəmiyyətdə bu ixtisasın rolunu və nüfuzunu artırmaqdır. Magistrlarımızın və gənc tətqiqatçılarımızın inkişafı, güclü təhsilə yiyələnmələri, bir sıra sahələrdə tədqiqat aparmaları üçün şəraitin yaradılması bizim qarşımızda duran ən vacib məsələlərdəndir.

- Rəhbəri olduğunuz şöbədə hansı istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir?

- Nəzərinizə çatdırmaq istəyirəm ki, dinşünaslıq sahəsi üzrə 4 ixtisaslaşma - dinin psixologiyası, dinin sosiologiyası, dinlərin tarixi, dinşünaslıq istiqaməti üzrə kadr hazırlığı həyata keçirilir. 2018/2019-cu tədris ilində təhsillərini başa vurmuş magistrantların müvafiq istiqamətlərdə dissertasiyalarının müdafiəsi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyevin rəhbərliyi ilə uğurla həyata keçirilib. Şöbə bu əmr və fakültənin təqdimatı əsasında ixtisaslaşdırılmış elmi şuranın tərkibinin təsdiqi haqqında əmr hazırlayıb. 2018-2019-cu tədris ilində institutumuza magistr qəbulu da həyata keçirilib.

- Magistrlərin hazırlığı hansı formada həyata keçirilir?

- Magistrantlar tədrislə yanaşı, yüksəkixtisaslı mütəxəssislərin elmi rəhbərliyi altında ixtisas kafedraları tərəfindən dissertasiya işi üzərində işləyirlər. Dissertasiya işlərini müdafiə etdikdən sonra, onlar magistr dərəcəsi almağa layiq görülürlər. Magistratura və doktorantura şöbəsində təhsil alan magistrantların elmə olan marağını artırmaq məqsədilə yazdıqları elmi-tədqiqat mövzularını əhatə edən tezis və məqalələr konfransa təqdim etmək üçün toplanır və kitab şəklində çap edilir.

Magistrantların tədris ili ərzində institut və respublikada təşkil olunan müxtəlif konfranslarda iştirakı təmin edilir. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamına əsasən şöbə tərəfindən tədbirlər planı hazırlanıb. Bu sənədin icrası məqsədilə professor, ictimai-siyasi xadim Şahlar Əsgərovun təqdimatında “Din və elm” mövzusunda seminar təşkil olunub. Bundan başqa, “Clarivate Analytics” bazasının Azərbaycanda təşkil etdiyi təlim proqramının rəsmi eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədovanın təqdimatında “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda seminar keçirilib. Şöbənin təşəbbüsü ilə İlahiyyat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfrans təşkil olunub. Konfransda ölkəmizdə fəaliyyət göstərən elmi tədqiqat müəssisələrində, ali təhsil ocaqlarında çalışan, təhsil alan gənc tədqiqatçılar və magistrlər iştirak ediblər. Konfransın materialları kitab şəklində çapa hazırlanıb. Hazırda isə şöbəmiz Aİİ-də oktyabrın 15-də təşkil olunacaq “Müstəqillik illərində din təhsili” mövzusunda elmi-praktik konfransa hazırlaşır. Bundan əlavə, magistrlərimiz dekabrın 3-də və 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXIII Respublika Elmi Konfransinda iştirak edəcəklər.

- Azərbaycan İlahiyyat İnstitutunda bu il ilk dəfə doktoranturaya qəbul həyata keçiriləcək. Yəqin ki, məsuliyyətlə yanaşı, həm də qürur hissi duyursunuz...

-Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərarına əsasən həyata keçiriləcək.

Bununla bağlı 2020/2021-ci il üzrə doktoranturaya qəbul və dissertantların təhkimolunma planlarının layihələri hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunması üçün Azərbaycan Milli Elmlər Akademiyasına göndərilib.

- İnstitutun prioritetləri haqqında nə deyə bilərsiniz?

- Yüksəkixtisaslı ilahiyyatçıların hazırlanması institutumuz üçün əsas məqsədlərdən və hədəflərdəndir. Builki tələbə qəbulunda keçid balının artması sevindirici haldır. Bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində, təhsilin yüksək səviyyədə olması gənclərin bu sahəyə marağını artırır. Dövlət İmtahan Mərkəzinin III ixtisas qrupu üzrə ödənişsiz əsaslarla keçirdiyi qəbul imtahanında dinşünaslıq ixtisası üzrə aşağı bal 292, yüksək bal 523, islamşünaslıq ixtisası üzrə aşağı bal 200, yüksək bal isə 390 təşkil edib. Müvafiq ixtisaslar üzrə ümumi orta bal 346,3 və 260 bal olub. Qəbul olunanların 50 faizi 300 baldan yuxarı bal toplayan abituriyentlərdir. Tələbələrin 30 faizi isə 350-550 arasında bal toplayaraq Azərbaycan İlahiyyat İnstitutunu seçiblər. Nəzərinizə çatdırmaq istəyirəm ki, gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur. Hazırda bununla bağlı müvafiq tədbirlər görülür.

-Ali məktəb həm də vətəndaş yetişdirməlidir. Sadaladığımız bu keyfiyyətlər birlikdə cəm olarsa, cəmiyyətimiz bundan qazanar...

- Bəli, tamamilə doğru qeyd etdiniz. Bunun üçün tədris prosesində tərbiyə ən önəmli məsələlərdən biridir. Tələbənin tərbiyəsində məqsəd onun qabiliyyətinin, şüurluluq səviyyəsinin, özünüdərk, özünütənqid bacarıqlarının, məsuliyyət və vicdan hissinin, digərlərinə qarşı tolerant və anlayışlı davranmasının, intizamlılığının, istənilən şərait və vəziyyətdə özünü idarə etməyin və digər şəxsi keyfiyyətlərinin formalaşdırılmasıdır. Bunları nəzərə alaraq müasir gəncliyimizin milli-mənəvi dəyərlərə malik formada yetişməsi üçün çalışmalıyıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB

“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub

Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Özbəkistanda kitab nəşr olunub

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulub

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir

Hulusi Kılıç: Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin rəhni, Türk dünyasının bələdçisidir

Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fransa-Azərbaycan münasibətlərindəki ziddiyyətlərlə bağlı arayış hazırlayıb

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başa çatıb

Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”

Ulu Öndər Heydər Əliyevin xatirəsi Türkmənistanda da anılıb

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNƏCƏK

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü Sumqayıtda silsilə tədbirlərlə qeyd edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumukrayna esse müsabiqəsi elan edilib

Zaqatalada tədbir: Ulu Öndərin tariximizdə rolu illər keçdikcə daha dərindən dərk edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Liderin xatirəsini anıb

Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək

Samuxda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edib

Rusiyalı ekspertlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində roluna dair fikirlərini bölüşüblər

Füzulidə “Dahi Şəxsiyyət” adlı sənədli film nümayiş olunub

Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşü təşkil ediləcək

Müdafiə Nazirliyi: Rusiya qoşunları Xarkov vilayətində Ukrayna ordusunun müdafiəsini yarmağa çalışıb

ADA Universitetində dəyirmi masa: Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik

Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında

FHN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib VİDEO

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNƏCƏK

Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində İsveçrə şirkətlərinin iştirakı məsələsi müzakirə olunub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Mikrobiologiya İnstitutunda Ulu Öndərə həsr edilmiş tədbir keçirilib

Bosniya və Herseqovinada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Azərbaycan sambo millisi 8 ildən sonra Avropa çempionatında qızıl medal qazanıb

Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

Xaçmaz və Qubanın gilas bağlarında bu il məhsuldarlığın aşağı olacağı gözlənilir VİDEO

Qaxda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərindən danışılıb

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi İstanbulda ehtiramla anılıb VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib   YENİLƏNİB VİDEO

Baş Prokurorluğun futbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə Fair-Play mükafatına layiq görülüb

İki nəfərin göldə boğularaq ölməsi ilə əlaqədar Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Amerikalı mütəxəssisin AzMİU-da sərgisi açılıb

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Dörd ayda DSMF-nin xərcləri 267 milyon manat artaraq 2 milyard 271 milyon manat təşkil edib

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO

Dövlət Xidmətində bir qrup şəxsə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” medalı təqdim edilib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB VİDEO

Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub

“Qafqazdan dünyaya doğan günəş” - tədbir

Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Qazaxıstanlı nazir: Bakı, Astana və Daşkənd energetika sistemlərinin inteqrasiyası layihəsi üzərində iş aparır

BDU tələbələrinin “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində uğuru

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Sadır Japarov: Qırğızıstandan gizli yolla qızıl çıxarılması barədə video saxtadır

Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

AZAL-ın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub

Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNƏCƏK

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub VİDEO

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb