DÜNYA


İmperator Akihitonun taxtda son Yeni ilini təbrik etmək üçün rekord sayda insan toplaşıb

Tokio, 2 yanvar, AZƏRTAC 

Yanvarın 2-də İmperator Akihito taxtdan imtina ərəfəsində sonuncu dəfə xalqa Yeni il müraciəti ilə çıxış edib. İmperator yeni ildə yapon xalqına və bütün dünyaya xoşbəxtlik arzulayıb.

AZƏRTAC Yaponiya İmperatoru Sarayının işlər idarəsinə istinadla xəbər verir ki, həmin gün İmperatorun yeni il müraciətini dinləmək üçün sarayın qarşısına rekord sayda - 150 mindən çox insan toplaşıb.

İmperator sarayının giriş qapısının açılması ərəfəsində onun qarşısında təqribən 30 minədək insan olub. Qapılar planda nəzərdə tutulduğundan 15 dəqiqə tez, səhər saat 9:15-də açılıb.

İmperator və ailə üzvləri buraya toplaşanları salamlamaq üçün yeddi dəfə eyvana çıxıblar.

Sarayın işlər idarəsi İmperatorun eyvana çıxışını planda nəzərdə tutulan 5 dəfədən 6 dəfəyə qaldırıb. Lakin İmperatorun altıncı çıxışından sonra da insanların buraya toplaşması nəzərə alınaraq, İmperatorun və imperatriçənin arzusu ilə yeddinci çıxış təşkil edilib.

İmperator ailəsi eyvana son çıxışı zamanı meydanda olan 4 mindən çox insanı Yeni il münasibətilə təbrik edib.

İdarənin məlumatına görə, cari ildə Yeni il müraciəti mərasimini 154 min insan ziyarət edib ki, bu da bütün Heysey dövründə ən yüksək rəqəmdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.