MƏDƏNİYYƏT


İmpressionizm, postimpressionizm, avanqardizm mövzusunda mühazirə

Bakı, 24 oktyabr, AZƏRTAC

“ASAN xidmət”, “YARAT” Müasir İncəsənət Məkanı, Beynəlxalq Muğam Mərkəzi və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və dünya incəsənətinə həsr olunan mühazirələr davam edir.

AZƏRTAC xəbər verir ki, növbəti mühazirə oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində sənətşünaslıq doktoru Cəmilə Həsənzadə tərəfindən keçiriləcək. Mühazirədə Azərbaycan incəsənəti, eyni zamanda dünyadakı incəsənət cərəyanlarından olan impressionizm, postimpressionizm və avanqardizm haqqında ətraflı məlumat veriləcək.

Xatırladaq ki, layihə çərçivəsində incəsənət sahəsində tanınmış ekspertlər tərəfindən ümumi mühazirələr təşkil olunur. Mühazirələrdə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, könüllüləri və vətəndaşlar iştirak edirlər.

Layihə müddətində indiyədək 4 mühazirə təşkil olunub və ümumilikdə 500 nəfər iştirak edib.

Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasına yönəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.