REGİONLAR
İncəsənət ustaları Xaçmazda konsert proqramı ilə çıxış edib
Xaçmaz, 26 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 26-da İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların incəsənət ustaları Xaçmaz şəhərində konsert proqramı ilə çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan konsertdə regional idarə üzrə folklor və rəqs qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri, aşıqlar öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, bu kimi konsertlər şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan verir, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin yaradır.
Xaçmaz və İsmayıllı Regional Mədəniyyət idarələrinin birgə təşkil etdiyi tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.