İQTİSADİYYAT
İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2017-ci illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanıb
Bakı, 19 yanvar, AZƏRTAC
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da 2020-ci ilədək informasiya-kommunikasiya texnologiyaları sektorun inkişafı üzrə strateji istiqamətlər müəyyən olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və yaxın vaxtlarda təsdiq üçün təqdim ediləcək.