İQTİSADİYYAT
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb
Bakı, 1 mart, AZƏRTAC
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb.
Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2051008681 İSİN-li istiqrazın emissiya prospektinə əsasən, istiqraz üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazın nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub. İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, martın 1-də AZ2051008681 İSİN-li istiqraz üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, martın 1-dən sözügedən istiqrazın nominal üzrə qalıq məbləği 872.75 manat təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 872.75 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2051008681 SİN-li istiqraz ilə ticarət edərkən istiqrazın baza qiymətinin 872.75 manat olması nəzərə alınmalıdır.