DÜNYA
İran hərbi donanması yeni pilotsuz uçuş aparatı ilə təchiz olunub
Tehran, 9 dekabr, AZƏRTAC
İran mütəxəssislərinin hazırladıqları yeni “Simruq” adlı pilotsuz uçan aparat (PUA) Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadə iştirak edib. O bildirib ki, yerli mütəxəssislər İranın təhlükəsizliyini təmin etmək üçün qərargahı qarşı tərəfin hərbi obyektlərinin uzaq məsafədən çəkilmiş fotoşəkilləri və videogörüntüləri ilə təmin etmək imkanındadır.
Admiral H.Xanzadə bir daha vurğulayıb ki, İrana qarşı hər hansı təxribatın baş verəcəyi təqdirdə düşmən layiqli cəzasını alacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]
Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər
- 10.05.2024 [12:55]